Bu gün İranda 8 terrorçu edam edilib.
Lent.az milliyet.com.tr-yə istinadla bildirir ki, ötən ilin bu günü İran parlamenti önündə təşkil etdikləri terakt nəticəsində 17 nəfərin ölümündə təqsirli bilinən 8 İŞİD üzvü eyni anda ipə çəkilib. Verilən məlumata görə, onlar bu ilin mayında edam cəzasına məhkum ediliblərmiş.
Məhkəmə onların kütləvi şəkildə edamı barədə qərar çıxarıb.
Qeyd edək ki, bir il əvvəl parlament binası və Xomeyninin türbəsini hədəfə alan terrorçular altı saatlıq atışmadan sonra polisə təslim olmuşdular.