İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilənlərə hökm oxunub
09 iyun 2014 17:15 (UTC +04:00)

İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilənlərə hökm oxunub

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, qaçaqmalçılıqda və digər cinayətlərdə təqsirləndirilən Azərbaycan və İran vətəndaşlarının cinayət işi üzrə məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.


 

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Samir Həsənov 13, Hangah Rauf Kərimli 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Azərbaycan vətəndaşı Samir Həsənov və İran vətəndaşı Hangah Rauf Kərimli Cinayət Məcəlləsinin 247-ci (dövlətə  xəyanət), 206-cı (qaçaqmalçılıq) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələrinə əsasən ittiham olunurlar.

 

Onlar Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs ediliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 764

Oxşar yazılar