İran Biləsuvarda sərhədi bağladı
08 noyabr 2013 12:44 (UTC +04:00)

İran Biləsuvarda sərhədi bağladı

Azərbaycan-İran sərhədində yenidən gərginlik yaranıb.


 

APA-nın cənub bürosunun məlumatına görə, dünəndən etibarən Biləsuvar sərhəd-buraxılış məntəqəsindən qarşı tərəfə gediş-gəliş İran tərəfindən tamamilə dayandırılıb. Hazırda 200-dən çox nəqliyyat vasitəsi və mindən çox Azərbaycan vətəndaşı sərhədi keçmək üçün növbəyə dayanıb.

 

Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin rəis müavini Mirrafiq Mirsultanov APA-ya açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, İran tərəfi keçidi dayandırmasına heç bir səbəb göstərmir. Qarşı tərəflə görüşə cəhd göstərilsə də, hələlik heç bir nəticə alınmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1303
avatar

Oxşar yazılar