Bir neçə gün əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş vermiş intihar hadisəsi ilə bağlı tükürpədici məqamlar üzə çıxıb. Lent.az-ın məlumtına görə, 30 yaşlı Zeynəb Muradovanın intiharı ilə bağlı dəhşətli məqamlar məlum olub. Azvision.az saytında yer alan məlumatda bidirlir ki, Z.Muradova gözəllik salonunda işləyirmiş.
Onun intiharına səbəb kimi külli miqdarda borcunun olduğu bildirilir. Hətta Z.Muradova borca görə yaşadığı mənzili də sataraq çalışdığı gözəllik salonunda qalırmış.
Z.Muradovanın 3 azyaşlı övladı var və uşaqları hazırda nənəsi ilə yaşayır. M.Zeynəbin həyat yoldaşının isə harada olduğu haqqında heç bir məlumat yoxdur.
Bildirilir ki, borcu qaytara bilmədiyi üçün “avtoritetlər” onu hədələyib. Bu faktın ortaya çıxmasından sonra bəzi saytlar məsələ ilə bağlı yazıblar. Belə ki, Z.muradova özü mətbuata müraciət edərək bbildirib ki, faizlə götürdüyü pul onun başına böyük oyunlar açıb. Hətta “avtoritetlər” tərəfindən də hədələnib.
Z.Muradova həmin vaxt deyib ki, bir neçə ay bundan öncə, Arzu adlı qadından sələmlə 24 min manat pul götürüb. 2 ay sonra pul aldığı Arzu Cabbarova ona borcunun 51 min manat olduğunu deyib. Bundan sonra aralarında razılığa gələrək notariusun təsdiqi ilə sənəd hazırlanıb. Həmin sənədə görə, Z.Muradova 51 min manat borcu noyabr ayına qədər geri verməli idi. Amma həmin vaxtın tamam olmamasına baxmayaraq, Arzu Cabbarova tez-tez onun iş yerinə gələrək ondan pul tələb edib. Hətta hədələyib də: “Məni tez-tez hədələyir. Təhqiramiz mesajlar yazır. Gəlir dükandakı gəlinlikləri dağıdır. Təranə adlı bir avtoritet qadına mənim nömrəmi verib. O da mənə yazır ki, “Sənin başına oyun açaram. Doğrayıb ataram Bakının ucqar nöqtələrinə. Heç kim izini də tapa bilməz. Uşaqların məktəbə gedir. Onları fikirləş. Onları oğurlayarıq”.
Artıq çox qorxuram. Keçən gün bir neçə nəfərlə gəlmişdilər. Qapını sındırmaq istəyirdilər. Polis çağırmışam. Polislər də biganə yanaşırlar. Mənim həyati təhlükəm var. Məni mühafizə edəcək polis lazımdır”.
Təzyiqlərdən bezən Zeynəb neçə vaxtdır özünü öldürəcəyini düşünürmüş
O deyir ki, sələmçi qadın onun işlədiyi yerə bir neçə adam göndərib və onlar da Zeynəbin üstünə bıçaq çıxarıblar:
“Mən üç uşaq anasıyam. Ən balacası 3 aylıqdır. Evim yoxdur deyə burada balaca bir otaq düzəltmişəm. İş yerimdə yaşayıram. O pulu ondan götürüb buranı açmışam. Hər gün gəlir, nə qazancım olursa aparır. Amma onun buna ixtiyarı yoxdur.
Pulun ödənilmə vaxtına hələ müəyyən qədər var. Amma buna baxmayaraq, məndən pulu tələb edirlər. Evimə hücum çəkiblər. Pəncərələrin şüşələrini qırıblar. Qanunsuz olaraq böyük miqdarda faizlər əlavə edib, borcumu şişirdiblər. Mən 3 uşaq anasıyam. Bu faizləri necə ödəyə bilərəm? Son çarəm intihardır”, - deyə mərhum Zeynəb Muradova çarəsiz şəkildə başına gələcək faciədən belə danışıb.
Görünən budur ki, noyabrın sonları yaxınlaşıb və Zeynəb sələmə götürdüyü pulu qaytara bilmədiyi üçün çıxış yolunu intihar etməkdə görüb.
Mərhumun “Facebook” profilindən məlum olur ki, ötən ilin yayında o, yaşadığı evi satışa qoyub. Sosial şəbəkədə fotoları paylaşan Zeynəb Muradova evini 70 min manata satışa çıxardığını bildirib.
Sonuncu dəfə “WhatsApp”a 24 noyabr 21:09-da daxil olduğu görünən Zeynəbdən, bu tarixdən sonra xəbər almaq mümkün olmayıb. O, son statusunda isə belə yazıb: “Bəsdir, yoruldum”.
Yaxınları onunla əlaqə saxlaya bilmədiyi üçün işlədiyi, həm də qaldığı ünvana baş çəkib və qorxunc mənzərə ilə üzləşiblər.
İntihar faktı ilə bağlı hazırda cinayət işi açılıb. Hadisənin detallarını öyrənmək üçün istintaq aparılır.