“Çelsi” ilə müqaviləsi başa çatan Eşli Koul özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, ulduz futbolçu “Roma”da oynayacaq.
33 yaşlı futbolçunun “Roma” ilə 2 illik müqavilə imzalayacağı bildirilir. Tərəflərin sənədi iyulun 7-də imzalayacağı gözlənilir.
Qeyd edək ki, İngiltərə yığması Koulu dünya çempionatına aparmayıb. “Çelsi” isə onunla müqaviləni uzatmayıb.