İnək su quyusundan salamat çıxarılıb
02 iyul 2014 01:35 (UTC +04:00)

İnək su quyusundan salamat çıxarılıb

Cəlilabadda su quyusuna düşən inək xilas olunub. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Ocaqlı kənd sakini Narıngül  Qocaxan qızı Bayramovaya məxsus fərdi həyətyanı  sahədə qeydə alınıb.

 

Belə ki, ev sahibinin iribuynuzli mal-qarasından biri üstünə şifer qoyulmuş su  quyusunun üstündən keçərkən, şifer inəyin ağırlığına tab gətirməyərək sınıb və inək 12 metr dərinliyindəki quyuya düşüb.  Ev sahibi  qonşuların köməyi ilə inəyi quyudan çıxarmağa çalışsa da,  heyvanın çəkisi ağır olduğundan onu oradan çıxarmaq mümkün olmayıb. Daha sonra Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə zəng olunub və  hadisə yerinə qurumun xilasetmə qrupunun əməkdaşları  cəlb olunub. Onların səyləri nəticəsində çəkisi 180 kiloqram olan heyvan sağ-salamat quyudan çıxarılaraq sahibinə təhvil verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 876
avatar

Oxşar yazılar