İndoneziya Prezidenti Coko Vidodo Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inı gələn ay İndoneziyada başlayacaq Asiya Oyunlarına dəvət edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, C.Vidodo iyulun 14-də Palembanq şəhərində Asiya Oyunlarının keçiriləcəyi obyektlərdən birində Yaponiyanın NHK telekanalına məxsusi müsahibə verib.
İndoneziya prezidenti qeyd edib ki, o, Kim Çen Ina və Cənubi Koreyanın prezidenti Mun-çe İnə Asiya Oyunlarında iştirak etmək üçün dəvətnamə göndərib.
C.Vidodo, həmçinin bildirib ki, dəvətə hələlik cavab almasa da, Koreya yarımadasının iki dövlətinin liderlərinin bu səfərinin regionda sülhün və dostluğun möhkəmlənməsinə kömək edəcəyinə inanır.