İmişlidə yol qəzası: bir nəfər ölüb, 2 nəfər xəsarət alıb
25 iyun 2014 03:18 (UTC +04:00)

İmişlidə yol qəzası: bir nəfər ölüb, 2 nəfər xəsarət alıb

0

 İmişlidə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


 

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza  ötən gün İmişli-Qaravəllli avtomobil yolunun 1-ci kilometrliyində Qaralar kəndi ərazisindən keçən hissəsində  qeydə alınıb.

 

İmişli rayonu Məmmədli kənd sakini Bayramov Hikmət idarə etdiyi VAZ 2106 markalı 10 XN 673 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil  dörd yol ayrıcında olan dairəvi beton maneəyə çırpılıb.

 

Qəza nəticəsində avtomobildə olan sərnişin İsmayılov  Şahmar  aldığı bədən xəsarətlərindən dünyasını dəyişib. Sürücü və  avtomobildə olan digər sərnişinlər -Hüseynov Ramin və Qəmbərov Orxan müxtəlif  dərəcəli bədən xəsarətləri alıb.

 

Yaralılar İmişli rayon mərkəzi  xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 913

Oxşar yazılar