İmişlidə ağır qəza: 3 ölü
03 aprel 2013 17:52 (UTC +04:00)

İmişlidə ağır qəza: 3 ölü

İmişli rayonunda ağır yol qəzası baş verib.


 

APA-nın məlumatına görə, hadisə bu gün Hacıqabul-Horadiz yolunun 93-cü kilometrliyində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili “Shacman” markalı yük maşını ilə toqquşub.

 

Nəticədə “Mercedes” markalı minik avtomobilinin sürücüsü və 2 sərnişini aldıqları ağır bədən xəsarətlərindən hadisə yerindəcə keçiniblər.

 

Hazırda ölən şəxslərin adları dəqiqləşdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870
avatar

Oxşar yazılar