İmişlidə 13 yaşlı uşaq su kanalında batıb
28 iyun 2014 13:51 (UTC +04:00)

İmişlidə 13 yaşlı uşaq su kanalında batıb

0

İmişlidə bədbəxt hadisə baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə iyunun 27-də saat 17 radələrində rayonun Qaralar kəndində qeydə alınıb.

 

Kənd sakini, 13 yaşlı Məmmədov Natiq Zahid oğlu qardaşı İbrahim və dostu Əbülfətlə kanalda çimərkən su axınına düşüb. Şlüz axını Natiqi dərinliyə doğru çəkib aparıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib və batan uşağın axtarışlarına başlanılıb. Həyata keçirilən tədbirlər nəticəsində N. Məmmədovun cəsədi  batdığı yerdən bir neçə yüz metr kənarda tapılıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 639

Oxşar yazılar