İcra başçısı intihar edən şəxsin həyatını xilas etdi - AZƏRBAYCANDA
11 mart 2016 18:02 (UTC +04:00)

İcra başçısı intihar edən şəxsin həyatını xilas etdi - AZƏRBAYCANDA

Azərbaycanda iki intihar hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün 17.00 radələrində Salyan rayonunda qeydə alınıb. İmişli rayon sakini 1989-cu il təvəllüdlü Cəfərov Təbəssüm Tahir oğlu əlindəki odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb.

 

Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil. Hadisənin qəsd və ya ehtiyatsızlıq olması araşdırılır.

 

Digər intihar hadisəsi isə Ağcabədidə qeydə alınıb.

 

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə bu gün rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Rayon sakini Sənan Bağırov beşmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib. Hadisə yerinə rayon İcra Hakimiyyətinin (RİH) başçısı Şahin Məmmədov gəlib. RİH başçısı S. Bağırovu fikrindən daşındırıb və binadan düşüb.

 

Hazırda S. Bağırovun Ş. Məmmədovun qəbulunda olduğu bildirilir.

 

Hadisə şahidlərinin dediyinə görə, S. Bağırov banka borcu olduğu üçün intihar etmək istəyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 122
avatar

Oxşar yazılar