İlkin Həsəni ANS-lə bağlı məhkəmə qərarından şikayət verdi
25 yanvar 2016 10:58 (UTC +04:00)

İlkin Həsəni ANS-lə bağlı məhkəmə qərarından şikayət verdi

Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin (ATV) tanınmış aparıcısı İlkin Həsəni ilə ANS Müstəqil Yayım və Media Şirkəti arasında məhkəmə çəkişməsi Bakı Apellyasiya Məhkəməsində davam edəcək.

Lent.az-ın "Report"a istinadən məlumatına görə, apellyasiya şikayətinə hakim Cəmilə Səfiyevanın sədrliyi ilə yanvarın 28-də baxılacaq.

Qeyd edək ki, 2015-ci ilin yayında İlkin Həsəni ANS telekanalının ünvanına “facebook” sosial şəbəkəsində təhqiramiz ifadələr yazıb. Həmin statusa görə, ANS şirkəti aparıcını məhkəməyə verərək maddi zərərin, təşkilatın və onun əməkdaşlarının subyektiv hüquqlarının pozulması nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.

Nəsimi Rayon Məhkəməsində iddia tələbi qismən təmin edilib. İ.Həsəni də sosial şəbəkədə ANS şirkətindən üzr istəyib. Lakin məhkəmə qərarı ilə razılaşmayan tanınmış aparıcı apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Oxşar yazılar