Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov anasıın vəkili Elmira Məmmədovanın miras davası ilə bağlı söylədiklərinə aydınlıq gətirib.
Lent.az-a açıqlama verən O.Nadirov deyib ki, xalası Gülbahar xanımla onun arasında heç vaxt miras söhbəti olmayıb, ola da bilməz: “Əvvəla, Gülbahar xanım mənim xalamdır, İradə xanım da həmçinin. Onların hər ikisinin xətrini hamıdan çox istəyirəm. Elmira xanım deyir ki, Gülbahar xanım hazırda İlhamə Quliyevanın evində yaşayır. Ancaq belə bir şey yoxdur, onun öz ayrı evi var, hər cür şəraiti də var. Anam ölən güləndən indiyə qədər mənə dəstəkdir. Mənimlə nə miras, nə ev, nə də mülk davası edir. O, anamdan sonra mənə yadigar qalan adamdır. Həmişə də deyir ki, İlhamə getdi, indi Orxan mənim oğlumdur”.
Vəkil E.Məmmədovanın “Xalq artistinin yaşadığı mənzil yalnız cümə axşamları keçirilməsi üçün açıq olur. Daha sonra Orxan bəy açarları təhvil verir” sözlərinə də münasibət bildirən O.Nadirov deyib ki, evin açarları mərasim sonrası heç kimə də təhvil verilmir, onda olur.
Həyati təhlükəsi bağlı polislərə rəsmi surətdə müraciət etdiyini təsdiqləyən xalq artistinin oğlu bildirib ki, hüquq mühafizə orqanları onun təhlükəsizliyini təmin edib.