İlham Mirzəyevin səhhəti ağırlaşdı
16 aprel 2016 10:27 (UTC +04:00)

İlham Mirzəyevin səhhəti ağırlaşdı

 

 

Dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış aparıcı İlham Mirzəyevin səhhətində yenidən problemlər yaranıb.

Lent.az-ın Trend-ə istinadən məlumatına görə, İ.Mirzəyev saxlanıldığı 17 saylı cəzaçəkmə müəssisəsində səhhətində ciddi problemlər olduğundan Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb. Aparıcı hazırda adıçəkilən müalicə müəssisəsində həkim nəzarətində saxlanılır.

 

Qeyd edək ki, bir müddət əvvəl İ.Mirzəyevin səhhətində ciddi problemlər yaranıb. Nəticədə aparıcı yeriməyə çətinlik çəkib, köməksiz hərəkət edə bilmirdi. Həkimlərin müayinə və müalicəsindən sonra İ.Mirzəyevin səhhətində qismən irəliləyiş olsa da, səhhətindəki problemlər qalmaqdadır. Bir neçə gün öncə isə İ.Mirzəyevin səhhətində yenidən problemlər yaranıb.

 

Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, aparıcı direktoru olduğu "İlhamed" tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir.

 

Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 341

Oxşar yazılar

Xaçmazda DƏHŞƏT:  özünü qatarın altına atdı - YENİLƏNİB

Xaçmazda DƏHŞƏT: özünü qatarın altına atdı - YENİLƏNİB

5 may 2025 , 10:22
Kartlardan daha 46 min manat  oğurlandı

Kartlardan daha 46 min manat oğurlandı

5 may 2025 , 10:10
Kəlbəcər sakini meşədə itdi

Kəlbəcər sakini meşədə itdi

5 may 2025 , 09:52
Mingəçevirdə EVDƏ PARTLAYIŞ:  xəsarət alan var

Mingəçevirdə EVDƏ PARTLAYIŞ: xəsarət alan var

5 may 2025 , 09:26
Gədəbəydə FACİƏ:  kişi dəm qazından zəhərlənib öldü

Gədəbəydə FACİƏ: kişi dəm qazından zəhərlənib öldü

5 may 2025 , 09:23
Zaqatalada avtomobil ağaca çırpıldı - Sürücü öldü

Zaqatalada avtomobil ağaca çırpıldı - Sürücü öldü

5 may 2025 , 08:11
10 yaşlı oğlan 7 yaşlı qızı zorladı:  Videoya çəkdi

10 yaşlı oğlan 7 yaşlı qızı zorladı: Videoya çəkdi

5 may 2025 , 00:19
Ağstafada ağır qəza - 5 nəfər yaralandı

Ağstafada ağır qəza - 5 nəfər yaralandı

4 may 2025 , 23:30