Bu gün Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
APA-nın məlumatına görə, prosesdə İ.Mirzəyevin vəkili İkram Abdullayev istintaq materialları ilə tanış olmadığını bildirib. Vəkil işlə tanış olmaq üçün ona vaxt verilməsini xahiş edib. Hakim onun istəyini nəzərə alaraq prosesi sentyabrın 16-dək təxirə salıb.
Qeyd edək ki, İ. Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.