Azərbaycan prezidenti Çexiya parlamentinin sədrini qəbul edib
11 iyun 2015 19:17 (UTC +04:00)

Azərbaycan prezidenti Çexiya parlamentinin sədrini qəbul edib

0

Prezident İlham Əliyev Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçeki iyunun 11-də qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, deputatlar palatasının sədri Yan Hamaçek Çex Respublikasının prezidenti Miloş Zemanın ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə böyük maraq göstərdiyini bildirib. Çexiyanın böyük nümayəndə heyəti ilə birinci Avropa Oyunlarında iştirak edəcəyini deyən Yan Hamaçek ölkəsinin Milli Olimpiya Komitəsinin bu oyunlara ciddi hazırlaşdığını vurğulayıb.

Çex Respublikasının prezidenti Miloş Zemanla görüşlərini məmnunluqla xatırlayan prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Birinci Avropa Oyunlarının əhəmiyyətinə toxunan prezident İlham Əliyev yarışlarda böyük nümayəndə heyəti ilə iştirak edən çex idmançılarına uğurlar arzulayıb.

 

Görüşdə ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin daha da genişləndirilməsi üçün qarşılıqlı marağın və imkanların olduğu bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 164

Oxşar yazılar