İki VAZ toqquşdu: 3 yaralı
10 iyul 2018 22:24 (UTC +04:00)

İki VAZ toqquşdu: 3 yaralı

Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb. APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Boyat kəndi ərazisində baş verib.

 

Hərəkətdə olan iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Əliyeva İlahə Elxan qızı, 1995-ci il təvəllüdlü Vəliyeva Xədicə Abbas qızı və 2018- ci il təvəllüdlü Vəliyev Famil Sadiq oğlu müxtəlif bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308
avatar

Oxşar yazılar