İki gün əvvəl yol qəzasında ağır yaralanan şəxs öldü
27 may 2016 20:37 (UTC +04:00)

İki gün əvvəl yol qəzasında ağır yaralanan şəxs öldü

0

İki gün əvvəl Zaqatalada baş verən yol-nəqliyyat hadisəsində  ağır xəsarət alan 51 yaşlı kişi xəstəxanada ölüb.

 

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində  Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alan,  Zaqatala şəhər sakini, 1965-ci il təvəllüdlü Rizvan Murtuzəli oğlu Əliyev bu gün axşam saat 19 radələrində ölüb.
 

Qeyd edək ki, Rizvan Əliyev may ayının 25-i səhər saatlarında idarə etdiyi “Hyundai” markalı, 62 BH 879 dövlət nömrə nişanlı avtomobillə  Zaqatala-Muğanlı avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpmışdı.  Rizvan Əliyevə qapalı kəllə-beyin və döş qəfəsinin küt travması diaqnozu qoyulmuşdu.

 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar