İki əmioğlu çayda boğuldu
03 avqust 2014 23:15 (UTC +04:00)

İki əmioğlu çayda boğuldu

Lənkəranda iki yeniyetmə çayda boğulub.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 3-də axşam saatlarında rayonun Rvo kəndi ərazisində qeydə alınıb.

 

Rayonun Şağlakücə kənd sakini, 2000-ci il təvəllüdlü Rəvan Xəyyam oğlu Muradov və onun Sumqayıt şəhərindən qonaq gəlmiş əmisi oğlu, 1998-ci il təvəllüdlü Azər Rəhman oğlu Muradov Lənkərançayın kənddən keçən hissəsində çimərkən boğulub.

 

Hər iki yeniyetmənin meyiti yerli sakinlər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2205
avatar

Oxşar yazılar