İki azərbaycanlı iş adamı Ukraynada itkin düşüb
02 avqust 2014 14:58 (UTC +04:00)

İki azərbaycanlı iş adamı Ukraynada itkin düşüb

0
Ukraynanın Luqansk vilayətinin Krasnodon şəhərində Azərbaycan diasporunun iki üzvü, iş adamları - 1964-cü il təvəllüdlü Cahangir Əliyev və 1974-cü il təvəllüdlü İkram Ədilov itkin düşüblər.

 

İtkin düşən İ. Ədilovun qardaşı Rasim Ədilov APA-ya bildirib ki, hər iki şəxs iyulun 30-u biznesləri ilə əlaqədar Rusiya ilə sərhəd Krasnodon şəhərinə gediblər: “Eşitdik ki, həmin gün Krasnodon şəhəri separatçılar tərəfindən bombalanıb. Dərhal onlarla əlaqə saxladıq, lakin heç birinə zəng çatmadı. O gündən bəri hər ikisinin telefonu bağlıdır”.

 

Qeyd edək ki, Ukrayna vətəndaşları olan C. Əliyev Azərbaycanın Astara, İ. Ədilov isə Tərtər rayonundandır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1567

Oxşar yazılar