İki “VAZ” toqquşdu: yaralı var
04 may 2016 02:34 (UTC +04:00)

İki “VAZ” toqquşdu: yaralı var

0

Qobustanda iki “VAZ” toqquşub, xəsarət alan var. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  Qobustan rayonunda, Bakı-Şamaxı-Yevlax yolunun 90-cı kilometrliyində “VAZ 2106” və “VAZ 2107” markalı minik avtomobillər  toqquşub. Nəticədə, “VAZ 2106” markalı avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 285

Oxşar yazılar