İcra başçısının həbsdə olan nümayəndəsinin vəsatəti təmin edildi
05 may 2016 18:24 (UTC +04:00)

İcra başçısının həbsdə olan nümayəndəsinin vəsatəti təmin edildi

 Binəqədi rayon Məhkəməsində soyuq silah saxlamaqda təqsirləndirilən Füzuli rayon İcra Hakimiyyəti (RİH) başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi Şakir Hacıyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, prosesdə Ş. Hacıyevin mənzilində axtarış aparan polislər şahid qismində ifadə veriblər. Ş. Hacıyevin vəkili prosesdə əlavə şahidlərin ifadə vermələri barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.

 

Proses mayın 11-də davam edəcək.

 

Qeyd edək ki, Ş. Hacıyev yanvarın 15-də saxlanılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, onun mənzilində silah tapılıb. Ş. Hacıyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə təqsirləndirilir.

 

Səbail rayon Məhkəməsinin qərarı ilə Ş, Hacıyevin barəsində həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Şikayətdə onun barəsində olan həbs-qətimkan tədbirinin ləğv edilməsi istənilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180
avatar

Oxşar yazılar