Hüseyn Dəryaya narkotik satan şəxsə cinayət işi açıldı
06 iyun 2014 12:44 (UTC +04:00)

Hüseyn Dəryaya narkotik satan şəxsə cinayət işi açıldı

Nəsimi rayon Polis İdarəsində Bakı şəhər sakini Hikmət Şahverdiyevə cinayət işi açılıb. Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə,  o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham olunur.

H.Şahverdiyev 2008-ci ildə məşhur reper Hüseyn Dəryaya narkotik satdığına görə reperlə birgə həbs edilib. Həmin vaxt H.Şahverdiyev Hüseyn Dəryaya narkotik maddə olan heroin satmaqda günahlandırılıb və 1 il müddətinə azadlıdan məhrum edilib. O, cəzasını çəkərək 2009-cu ildə azadlığa çıxıb.

Bu dəfə günahı subuta yetrilərsə, H.Şahverdiyevi 3 ilədək həbs cəzası gözləyir.

Xatırladaq ki, məşhur reper martın 15-də 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1719

Oxşar yazılar