Hirkan Milli Parkında yanğın başlayıb
29 iyul 2014 13:58 (UTC +04:00)

Hirkan Milli Parkında yanğın başlayıb

0

Hirkan Milli Parkında yanğın başlayıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar xəttinə Lənkəran rayonu, Hirkan Milli Parkında yanğın hadisəsi baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

 

Yanğın nəticəsində 1 hektar əraziyə ziyan dəyib. Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

 

Onun sözlərinə görə, yanğın bu gün saat 10.00 radələrində Hirkan Milli Parkının Haftani Meşəbəyiliyinin 23 saylı dolayında meydana gəlib. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib.

 

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 865

Oxşar yazılar