Heydər Əliyev prospektində yan yol sabah açılır
08 may 2015 17:17 (UTC +04:00)

Heydər Əliyev prospektində yan yol sabah açılır

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Heydər Əliyev prospekti yan yolda, Hidrometereoloji Proqnozlar Bürosunun yerləşdiyi binanın yanından Koroğlu metrostansiyasına qədər olan hissədə həyata keçirilən kompleks tədbirlər artıq yekunlaşmaq üzrədir və yol tam olaraq sabahdan etibarən nəqliyyat vasitələrinin hərəkləti üçün açılacaq. Lent.az “Azəryolservis” ASC-yə istinadən məlumat verir ki, artıq yolun Hidrometereoloji Proqnozlar Bürosunun yerləşdiyi binanın yanından  Bağırov körpüsünə qədər olan hissəsində təmir işləri tam olaraq yekunlaşıb və bu hissə sürücülərin ixtiyarına verilib. Yan yolun təmir olunmuş hissəsində asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənib, səki daşları dəyişdirilib, səkilərə tamet daşları döşənib, zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulub, yeni  yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri və üst qapaqları dəyişdirilib. Yolda nişanlanma xətləri çəkilib və zəruri olan yerlərdə yol nişanları da quraşdırılıb. Heydər Əliyev prospekti yan yolun Bağırov körpüsü ilə Koroğlu metrostansiyası arasında yerləşən hissəsində də anoloji işlər həyata keçirilib. Artıq sözügedən hissədə aparılan yeni asfalt-beton örtüyünün üst qatının döşənməsi işləri bitib. Yolda nişanlanma xətləri çəkiləcək və zəruri olan yerlərdə yol nişanları da quraşdırılacaq. Bununla da Heydər Əliyev prospekti yan yol tam yeni görkəmdə sürücülərin ixtiyarına veriləcək.

 

Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidində də aparılan yenidənqurma işləri sona çatmaqdadır. Artıq keçidin üzlüyü tam olaraq yenilənib, piyadaların rahat şəkildə hərəkəti üçün eskalatorların istiqaməti dəyişdirilib.

 

Qeyd edək ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir. Bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama xətlərin çəkilməsi işi aparılır. Bütün işlər tərtib olunmuş qrafik üzrə həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 128
avatar

Oxşar yazılar

Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19