Həsən Ruhani Azərbaycana gəlir
İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcəklər.
APA-ya İranın Azərbaycandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.
O qeyd edib ki, İran Prezidenti və Xarici İşlər naziri Azərbaycanda rəsmilərlə görüşəcək və Qoşulmama Hərəkatının iclasında iştirak edəcəklər.
Xatırladaq ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək.
758