Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə narkotik vasitələrinin satışı ilə məşğul olan rayon sakini saxlanılıb.
APA-nın cənub bürosunun məlumatına görə, Astara şəhər sakini Fariz Məmmədov 5 bükümdə narkotik vasitə olan heroini şərti alıcıya satarkən saxlanılıb və onun yaşadığı evə baxış keçirərkən oradan da narkotik vasitə aşkarlanıb. Ümumilikdə ondan 7 bükümdə külli miqdarda heroin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılıb.