Hərbçilərimiz Qətərə gedir
13 aprel 2015 10:16 (UTC +04:00)

Hərbçilərimiz Qətərə gedir

0

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 14-dən 16-dək Doha şəhərində (Qətər) "Yırtıcı Şahin-2015" təliminin yekun planlaşdırma konfransı, aprelin 14-dən 17-dək Kaunas şəhərində (Litva) yaralılara hospitala təxliyyədən öncəki tibbi yardım kursu, aprelin 14-dən 24-dək isə Əmman şəhərində (İordaniya) Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy Proqramı çərçivəsində qiymətləndiricilər üçün 29-cu təlim kursu keçiriləcək.
 

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin də iştirakı nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 235

Oxşar yazılar