Hərbi qulluqçumuz şəhid oldu
30 may 2019 15:18 (UTC +04:00)

Hərbi qulluqçumuz şəhid oldu

0
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.
 
Bu barədə Lent.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Verilən məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.
 
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1009

Oxşar yazılar