Hərbi qulluqçu xidmət yoldaşını yaraladı - YENİLƏNİB
14 iyun 2014 12:47 (UTC +04:00)

Hərbi qulluqçu xidmət yoldaşını yaraladı - YENİLƏNİB

0

Azərbaycanda hərbçi xidmət yoldaşını yaralayıb.


 

APA-nın məlumatına görə, hadisə Daxili Qoşunların “N” saylı hərbi hissəsində qeydə alınıb. Müddətdən artıq xidmət edən hərbi qulluqçu Allahverdi Quliyevin əlindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Güllə onun hərbçi yoldaşı, müddətdən artıq xidmət edən hərbi qulluqçu Zahid Abdullayevə dəyib.

 

Daxili Qoşunların mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, Z. Abdullayev yüngül xəsarət alıb, hazırda vəziyyəti normaldır.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1146

Oxşar yazılar