Hərbi hissələr  üçün ətçəkən, kartoftəmizləyən, tərəvəzdoğrayan...
17 sentyabr 2014 12:19 (UTC +04:00)

Hərbi hissələr üçün ətçəkən, kartoftəmizləyən, tərəvəzdoğrayan...

Hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılması və bişirilən yeməklərin çeşidinin artırılması məqsədilə milli yeməklərin hazırlanmasına üstünlük verilir. Lent.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hərbi hissələrin yeməkxanalarında aşpazların, yeməkxana, mətbəx işçilərinin, qabyuyanların mülki işçilərlə əvəz olunması hazırlanan yeməklərin və görülən işlərin keyfiyyətinə öz müsbət təsirini göstərib.

 

Hərbi hissələr yeməkxana-mətbəx avadanlıqları, o cümlədən, ət çəkən, tərəvəzdoğrayan, kartoftəmizləyən maşınlar, elektrik tavaları, elektrik, qaz plitələri ilə təmin edilib və hazırda yeməkxanalarda keyfiyyətli milli yeməklərin bişirilməsinə diqqət daha da artırılıb.
 

Lakin ərazi relyefinə görə daşıma yolları çətin, təhlükəli, əlverişsiz, yüksək dağ şəraitlərində yerləşən, uzunmüddətli ərzaq tədarükü edilən hərbi hissələrin şəxsi heyəti üçün stasionar şəraitdəki kimi milli yeməklərin hazırlanmasında bəzi çətinliklər yaranır.

 

Bu səbəbdən də qeyd edilən şəraitdə xidmət edən şəxsi heyətin konservləşdirilmiş milli yeməklərlə təmin edilməsi planlaşdırılaraq həyata keçirilir.
 

Artıq ilk olaraq bir nəfər üçün 1 porsiyası 500-550 qramlıq tərəvəzli, yarmalı və tərəvəzli-yarmalı ət və sous şorbaları və 360-380 qramlıq badımcan, bibər, pomidor, kələm və qarışıq dolmalar hazırlanıb. Bununla da, qısa bir müddətdə qeyri-stasionar şəraitdə yerləşən şəxsi heyətin gücləndirilmiş kalorili hazır və keyfiyyətli milli yeməklərlə təmin edilməsi məsələsi öz həllini tapıb.


Bundan əlavə ərazi relyefinə görə daşıma yolları çətin, təhlükəli, əlverişsiz, yüksək dağ şəraitlərində, həmçinin içməli su mənbəyi olmayan yerlərdə xidmət edən, eləcə də döyüş şəraitində hesab olunan hərbi hissələrdə döyüş növbətçiliyi aparan hərbi qulluqçuların fiziki sağlamlığının qorunması məqsədilə gün ərzində bir nəfər üçün yeməklərin hazırlanmasına 2,5 lt, içmək üçün yay mövsümündə 2 lt, qış mövsümündə isə 1 lt qablaşdırılmış su verilir.
 

Silahlı Qüvvələrin hərbi qulluqçularının səhra şəraitində quru ərzaq payı dəsti çeşidinin və qida rasionunun enerji dəyərinin artırılması məqsədi ilə Nazirlər Kabinetinin müvafiq qərarı və müdafiə nazirinin əmri ilə ərzaq payı normalarına 150 qr. ciyər paşteti və 100 qr. qatılaşdırılmış şəkərli süd əlavə edilib.

 

Bununla da quru ərzaq payının ümumi enerji dəyəri 3236 kkal-dən 4000 kkal-dək artırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1408

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15