Hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin mayın 12-dən başlanan birgə taktiki təlimlərinin ilk mərhələsi keçirilib. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, təlimlərdə 1000 nəfərədək şəxsi heyət, 80-dək zirehli texnika, 60-dan çox artilleriya qurğusu və minaatanlar, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş və nəqliyyat helikopteri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir.
Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri və helikopterlər döyüş atışlı mərmi və raket buraxılışlarını icra edəcəklər.
Təlimlər mayın 16-dək davam edəcək.
Təlimdən çəkilmiş fotoları təqdim edirik: