Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Lent.az-ın Penitensiarın saytına istinadən verdiyi məlumata görə, Cinayət Məcəlləsinin 221..2.1; 120.2.2 və 66.3-c2ü maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Həşimov Elvin Ağaverdi oğlunun yanına qısamüddətli görüşə gəlmiş atası, Hacıqabul rayon sakini Həşimov Ağaverdi Xəliş oğlunun və onun bacısı oğlu Ələt qəsəbə sakini Babayev Valeh Xəlilağa oğlunun gətirdikləri sovqata və üzərlərinə baxış keçirilən zaman V.X.Babeyvin əynindəki şalvarın cibində olan sellofan bükülüdə 2,541 qram tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.