Həbsxanaya narkotik keçirə bilmədilər
25 iyun 2014 12:25 (UTC +04:00)

Həbsxanaya narkotik keçirə bilmədilər

11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətdən Lent.az-a verilən xəbərə görə, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, CM-nin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Şahin Cəlil oğlu Cabbarova vətəndaş Elvin Umud oğlu Qurbanovun gətirdiyi sovqata baxış keçirilib.

 

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində  yemək olan qazanın qapağının tutacağında gizlədilmiş xalis çəkisi 1,783 qram olan narkotik vasitə “Heroin” və xalis çəkisi 6,769 qram olan narkotik vasitə “Tiryək” aşkar edilərək götürülüb. 

Fakt üzrə araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654
avatar

Oxşar yazılar