Həbsxanalarda ölüm hallarının sayı azalıb
07 noyabr 2013 17:44 (UTC +04:00)

Həbsxanalarda ölüm hallarının sayı azalıb

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə sıx əməkdaşlıq nəticəsində məhkumlar arasında vərəmə qarşı mübarizə üzrə birgə fəaliyyət çox müsbət nəticələr verib. Bu barədə Lent.az-a Ədliyyə Nazirliyindən məlumat verilib. Bu xəstəliyin dəqiq diaqnozunu ən qısa vaxtda müəyyən etməyə imkan verən yeni ekspress-test dünyada ilk dəfə olaraq  məhz Azərbaycanda tətbiq olunub. Bütün bunlar penitensiar müəssisələrdə xəstəlikdən ölüm hallarının sayının 12 dəfə, vərəmdən isə ölüm hallarının təqribən 40 dəfəyədək azalmasına səbəb olub.

Artıq ölkəmizin bu sahədə nailiyyətləri beynəlxalq aləmdə təqdir olunaraq BQXK Azərbaycanın bu müsbət təcrübəsini örnək kimi digər dövlətlərə tətbiqi üçün tövsiyə edib.

Bununla əlaqədar, Böyük Britaniya, Moldova, Ukrayna, Gürcüstan, Filippin, İraq və Mərkəzi Asiya ölkələri, habelə bir sıra inkişaf etmiş dövlətlərin, o cümlədən İngiltərə, Almaniya və İsveçrənin tibb üzrə ixtisaslaşmış QHT-ləri nailiyyətlərimizə böyük maraq göstərərək geniş nümayəndə heyətlərini Azərbaycana göndərmiş və təcrübəmizlə tanış olublar.

Eyni zamanda, BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malik olan və baş qərargahı ABŞ-da yerləşən digər nüfuzlu təşkilat - İslah və Həbsxanalar Beynəlxalq Assosiasiyası ölkəmizin penitensiar sistemində vərəmə nəzarət proqramını 2013-cü ilin Səhiyyə Mükafatına layiq bilib.

Mükafat Assosiasiyanın prezidenti tərəfindən təntənəli mərasim zamanı Azərbaycan tərəfinə təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00