Həbsdə olan iş adamı Nizami Piriyev yeni vəkillə müqavilə bağladı
26 may 2015 17:24 (UTC +04:00)

Həbsdə olan iş adamı Nizami Piriyev yeni vəkillə müqavilə bağladı

 

Həbsdə olan iş adamı Nizami Piriyev vəkil Kamandar Nəsibovla müqavilə bağlayıb.


 

Bu barədə APA-ya məlumat verən K. Nəsibov bildirib ki, N. Piriyevlə görüşmək üçün onun saxlandığı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məktubla müraciət edib. Vəkil yaxın günlərdə müdafiə etdiyi şəxslə görüşəcəyini deyib.

 

Qeyd edək ki, Nizami Piriyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi başlanılıb. Onun barəsində 3 ay 24 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

 

N. Piriyev “PNN Group” şirkətinin təsisçilərindəndir. “PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir.

 

“PNN Group” “De Beers” və “Hamley's” brendlərinin tərəfdaşıdır. Nizami Piriyev Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin də qurucularındandır.

 

“PNN Group”un digər sahibi onun oğlu Nəsib Piriyevdir.

 

Hazırda Nizami Piriyevin hüquqlarını vəkil Muxtar Mustafayev müdafiə edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 135
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10
Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

11 dekabr 2024 , 16:40