“Mən hazırda müalicədəyəm”. Bunu APA-ya açıqlamasında bu gün həbs olunması barədə mediada xəbər yayılmış keçmiş deputat, “Globus Plaza” şirkətinin sahibi Dünyamin Xəlilov deyib.
D. Xəlilov bildirib ki, gün ərzində ona həbs olunması ilə bağlı çoxlu sayda zənglər gəlib: "Bu xəbərlər həqiqəti əks etdirmir. Mən xəstəyəm və hazırda müalicə olunuram”.
Eks-deputat istintaqa dəvət olunub-olunmaması ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
Qeyd edək ki, keçmiş deputat, “Globus Plaza”nın sahibi Dünyamin Xəlilovun həbs olunması barədə mətbuatda məlumat yayılıb.