Hacıqabulda narkotik qəbul edən şəxs ölüb
07 yanvar 2016 19:57 (UTC +04:00)

Hacıqabulda narkotik qəbul edən şəxs ölüb

Hacıqabulda narkotik vasitəni dozadan artıq qəbul edən şəxs ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün Hacıqabul rayonunun Nəvahı kəndində yerləşən restoranda qeydə alınıb.   

 

Bakı şəhər sakini, 34 yaşlı Rüfət Əliyar oğlu Əsədullayev qəfildən dünyasını dəyişib, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 40 yaşlı Xanmurad Rəşid oğlu Nüsrətov isə  Şirvan şəhər xəstəxanasına yerləşdirilib.  

 

Xəstənin əlamətlərinə görə narkotik vasitənin artıq doza qəbulundan vəziyyətinin ağırlaşdığı ehtimal edilir.


Faktla bağlı Hacıqabul polis şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266
avatar

Oxşar yazılar