Hacıqabulda əvvəllər məhkum olunmuş şəxslərdən külli miqdarda narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətidən Lent.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının noyabrın 21-də həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olan 5 Hacıqabul sakini saxlanılıb. Onların 4-ü əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.
Həmin şəxslərin üzərlərinə və yaşadıqları evlərə baxış zamanı ümumilikdə 1,7 kiloqrama yaxın ağır növ narkotik vasitələr və psixotrop maddələr aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.