Bakı-Qazax yolunun 156-cı kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Hacıqabul rayonu ərazisində qeydə alınıb.
Bakı sakini, 1992-ci il təvəllüdlü Əlili Özal Rəfael oğlu 90 FB-812 dövlət nömrə nişanlı, “Mitsubishi” markalı avtomobili idarə edərkən avtomobil yoldan çıxaraq aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib. Hadisəyə yüksək sürət səbəb olub.