Hacıqabulda “MAN”  “toy karvanı”na çırpılıb, yaralananlar var - <span style="color:red;">YENİLƏNİB
21 aprel 2015 20:07 (UTC +04:00)

Hacıqabulda “MAN” “toy karvanı”na çırpılıb, yaralananlar var - YENİLƏNİB

Bakı-Qazax yolunun 118-ci km-liyində, Hacıqabul rayonu ərazisində “toy karvanı” qəzaya uğrayıb.

 

APA-nın xəbərinə görə, Bakı sakini 1958-ci il təvəllüdlü Rüstəmov Mülkədar Şamil oğlunun idarə etdiyi “MAN” markalı 90 ME 362 nömrəli nişanlı  yük maşını “toy karvanı”nda gedən İmişli rayon, Yalavac kənd sakini 1969-cu il təvəllüdlü Fərmanov Elxan Ağamoğlan oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes”də olan İmişli rayon Yalavac kənd sakinləri 1984-cü il təvəllüdlü Muradova Esmira Salamat qızı və 1962-ci il təvəllüdlü Şükürova Nisə Şahverdi qızı ağır qapalı kəllə-beyin travması diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsində yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.   

 

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hadisə ilə bağlı istintaq aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 121
avatar

Oxşar yazılar