Hacıqabulda “Hyundai” aşdı: bir ailənin 5 üzvü yaralandı
02 may 2016 23:04 (UTC +04:00)

Hacıqabulda “Hyundai” aşdı: bir ailənin 5 üzvü yaralandı

0

Hacıqabulda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.

 

APA-nın Mil-Muğan bürosunu məlumatına görə, hadisə saat 21.00 radələrində Bakı-Qazax magistralının 88-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində baş verib.

 

Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Qurbanov Arzu Vahid oğlunun idarə etdiyi Hyundai ix35 markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü, avtomobildə olan sürücünün həyata yoldaşı 1988-ci il təvəllüdlü Qurbanova Asimə Asim qızı, 4 aylıq körpə Qurbanov Vahid Arzu oğlu sınıq və digər xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Ailə üzvlərində iki nəfər- 3 yaşlı Dəniz Arzu qızı və digəri isə yüngül xəsarətlər alıb.

 

Hadisəyə yağışlı hava səbəb olub. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar