Ahıl qadının DƏHŞƏTLİ SONU: özünü yandırdı, xəstəxanada öldü  - YENİLƏNİB
21 may 2016 19:51 (UTC +04:00)

Ahıl qadının DƏHŞƏTLİ SONU: özünü yandırdı, xəstəxanada öldü - YENİLƏNİB

0

 

Hacıqabulda intihara cəhd edən qadın dünyasını dəyişib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayon sakini, 1941-ci il təvəllüdlü B. İbrahimov küçəsi, ev 1/6  ünvanında yaşayan Kərimova Püstə Xələf qızı özünü yandırmaqla intihar etməyə cəhd edib. O, bədənin 90%-nin termik yanığı, yanıq şoku ilə adonal vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

 

Eyni zamanda həkimlər xəstənin sol döş qəfəsi nahiyəsində kəsilmiş-deşilmiş yara da aşkar ediblər.

 

Həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

 

**

11:12

Şirvan şəhərində özünü yandırdığı bildirilən 75 yaşlı qadının vəziyyəti ağır olaraq qalır. Bu barədə Lent.az-a Şirvan şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin müdiri Tofiq Hüseynov məlumat verib. Şöbə müdiri bildirib ki, hazırsa xəstənin vəziyyəti həddən artıq ağır olaraq qiymətləndirilir: "Xəstənin daxili orqanları da yanıb. Bundan əlavə, onun döş qəfəsinin ön hissəsində yara izi də var. Bir müddət sonra xəstənin böyrəkləri, zamanla isə digər daxili orqanları fəaliyyətini dayandıracaq". 

Şöbə müdiri 75 yaşlı qadının yaşamaq şansının minimuma bərabər olduğunu bildirib. 

Hacıqabul rayon Prokurorluğundan Lent.az-a bildiriblər ki, faktla bağlı cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. 

**

07:01

Hacıqabulda 75 yaşlı qadın özünü yandırıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon sakini, 1941-ci il təvəllüdlü B.İbrahimov küçəsi, ev 1/6  ünvanında yaşayan Kərimova Püstə Xələf qızı özünü yandırmaqla intihar etməyə cəhd edib. O,  bədənin 90 faizinin termik yanığı, yanıq şoku ilə adonal vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

 

Eyni zamanda həkimlər xəstənin sol döş qəfəsi nahiyəsində kəsilmiş-deşilmiş yara da aşkar ediblər. Hal-hazırda həkimlər xəstənin vəziyyətini kritik qiymətləndirir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik müəyyən edilməyib.

 

Faktla bağlı Hacıqabul prokroluğunda araşdırma aparılır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar