Bu günlərdə tanınmış iş adamı, salyanlı Hacı Qurban adı ilə tanınan Abbasov Qurban İsmayıl oğlunun həyat yoldaşı vəfat edib. Lent.az-ın məlumatına görə, iş adamının xanımı Pənahova Səlyani Mürsəl qızı uzun sürən xəstəlikdən sonra vəfat edib.
İş adamının yaxın dostu İldırım Rzayev və ailə üzvləri Hacı Qurbana həyat yoldaşının vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.
Qeyd edək ki, salyanlı Hacı Qurban kimi tanınan iş adamı "İlkin-N" MMC-nin təsisçisidir.