Hacı İbrahim Nehrəmli: “Kreditimi bağlayıb, sərbəst buraxılmışam”
27 may 2015 20:40 (UTC +04:00)

Hacı İbrahim Nehrəmli: “Kreditimi bağlayıb, sərbəst buraxılmışam”

0

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan “Avesta” konserninin prezidenti, iş adamı Hacı İbrahim İbrahimov (Nehrəmli) bu gün sərbəst buraxılıb.

 

Bu barədə iş adamı özü “APA-Economics”ə bildirib.

 

“Bildiyiniz kimi, mənim Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kreditin vaxtı 2019-cu ildə başa çatır. Vaxtı keçmiş kreditimi bağladım, qalan hissəsini isə qrafikə uyğun ödəyəcəm”, - deyə o qeyd edib.

 

Konsernin prezidenti qeyd edib ki, onun ölkədən qaçarkən saxlanılması ilə bağlı mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir. Bir müddət öncə ölkəni tərk etməsinə qoyulan qadağanın aradan götürülüb-götürülməməsi ilə bağlı suala isə iş adamı bu cür cavab verib: “Hər şey normaldır, qaydasındadır”.

 

O qeyd edib ki, “Avesta” konserninin ləğv olunması və ya satılması ilə bağlı yayılan xəbərlər də yalandır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar