Gürzə 31 yaşlı qadını ölümcül hala saldı - AZƏRBAYCANDA
26 may 2014 10:08 (UTC +04:00)

Gürzə 31 yaşlı qadını ölümcül hala saldı - AZƏRBAYCANDA

Hacıqabul sakinini gürzə ilan sancıb.

 

Şirvan Mərkəzi Xəstəxanasından APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Hacıqabul rayonunun Udulu kənd sakini, 1983-cü il təvəllüdlü Hacalıyeva Samirə Saday qızı ilan sancma diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Ona ilkin yardım olunub və ilan zəhəri əleyhinə zərdab vurulub. Daha sonra vəziyyəti ağır olduğundan Bakı şəhər toksikoloji mərkəzə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1393
avatar

Oxşar yazılar