Gülər Əhmədova: “Sevinc mənə diri lazım idi”
07 noyabr 2013 17:13 (UTC +04:00)

Gülər Əhmədova: “Sevinc mənə diri lazım idi”

“Elşad Abdullayev sonrakı videoları yaydıqdan sonra Sevincdən Türkiyədən qayıtmağı tələb etdim, lakin o qayıtmadı”


 

Bakı Ağır Cinayətlər Məhkəməsində günün ikinci yarısında həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

 

APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə G. Əhmədova bildirib ki, Sevinc Babayeva üçün nə lazımdırsa edib: “Sevinc mənə diri lazım idi. Onun yası da mənim pulumla verilib”.

 

Prosesdə ifadə verən S. Babayevanın bacısı Təranə Səfərova isə bildirib ki, Sevincin yasına gələn olmayıb: “Meyitin gətirilməsində Gülərin verdiyi pul istifadə edildi. Sevincin yasına isə gələn olmadı”.

 

G. Əhmədova onu da deyib ki, Elşad Abdullayev sonrakı videoları yaydıqdan sonra S. Babayevadan Türkiyədən geri qayıtmağı tələb edib: “O mənə Azərbaycana qeyri-leqal yolla qayıtmaq istədiyini demişdi. Mən də razı olmadım. Dedim ki, sənə bilet alıram, qayıt gəl. O videoların çəkilməsinə hansı şəraitdə imkan vermisən, gəl, danış. Onunla çox sərt danışdım və tələb etdim ki, qayıtsın. Lakin o qayıtmadı. Bu işdə mənimlə bərabər, Sevinc Babayeva da təqsirləndirilən şəxs idi. Sevinc Elşadın bütün zibillərini bilirdi. Xəstəliyi ilə bağlı da mənə deyirdi ki, ağ ciyərində problem var, həm də onu infarkt vurub”.

 

Daha sonra Təranə Səfərova bildirib ki, Sevinc Babayeva sağlam olub, heç bir xəstəliyi olmayıb: “Sevinc deyirdi ki, Gülər Səlcuqa deyib ki, Sevinci orda saxla, onun dili çox uzundur. Səlcuq evində tapança ilə gəzirdi. Mənə maraqlıdır, Gülər, sən bu banditləri hardan tapmışdın?”

 

G. Əhmədova isə ona “Səlcuqu “çerez-çerez” tapmışdım ki, Sevincin yerini öyrənə bilim. Səlcuq onu ac saxlayıbsa, Allah bəlasını versin”, deyə bildirib.

 

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

 

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1463
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21