Güclü yağış Xaçmazda piyada körpüsünü dağıtdı
07 may 2015 12:36 (UTC +04:00)

Güclü yağış Xaçmazda piyada körpüsünü dağıtdı

 

Şimal bölgəsinə yağan güclü yağış çaylarda suyun səviyyəsinin qalxmasına səbəb olub. Xaçmaz rayonu Amsarqışlaq kəndi ərazisindən keçən Ağçay çayının üzərində bələdiyyənin inşa etdiyi piyada körpüsü dağılıb.


 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, sel nəticəsində çayda suyun səviyyəsi qalxıb. Bunun nəticəsində kəndlilərin avtomobil yolu kimi istifadə etdiyi Alıc Qışlaq, Qaracik, Aşağı Zeyid, Qədimalı Qışlaq kəndlərinə gedən yol bağlanıb. 

 

 

Xaçmaz Suvarma Sistemləri İdarəsinin şöbə müdiri İsmət Hüseynovun APA-ya verdiyi məlumata görə, çayda su çox olduğundan hazırda ərazidə texnikanın işləməsi mümkünsüzdür. Onun sözlərinə görə, yarana biləcək təhlükəni aradan qaldırmaq üçün qısa müddətdə əraziyə texnika cəlb olunacaq.

 


Qeyd edək ki, mayın 5-də şimal bölgəsində bəzi yaşayış məntəqələrinə güclü yağıntının düşməsi nəticəsində çaylarda suyun səviyyəsi 5-12 sm artıb. Xaçmaz rayonu ərazisindən keçən bütün çaylarda suyun səviyyəsi qalxıb, lakin daşqın təhlükəsi yoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 85
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21