Gözəllik salonundan oğurluq etmiş qadın tutulub
01 iyul 2014 11:47 (UTC +04:00)

Gözəllik salonundan oğurluq etmiş qadın tutulub

0

Bakıda oğurluqda şübhəli bilinən şəxs yaxalanıb. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, iyunun 29-na keçən gecə Bakı şəhər sakini Afaq Cəfərovaya məxsus M.Cəlal küçəsində yerləşən gözəllik salonundan açar seçmə yolu ilə 100 manat, müşahidə kamerasının yaddaş diski və beyin adlanan cihazı oğurlanıb.

 

Binəqədi Rayon Polis İdarəsi 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 31 yaşlı Pərvanə Cəfərova tutulub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 739

Oxşar yazılar