Göygöldə yük maşını divara çırpıldı, sürücü yaralandı
23 iyun 2016 02:57 (UTC +04:00)

Göygöldə yük maşını divara çırpıldı, sürücü yaralandı

0

Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hərəkətdə olan “KamAZ” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında olan divara çırpılıb.

 

Qəza zamanı sürücü, 1952-ci il təvəllüdlü Nurəddin Məmmədov kəllə beyin travması alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 323

Oxşar yazılar